Basketbol millimiz Dünya Qadın Seriyasında ikinci yeri tutdu
Azərbaycanın 3x3 basketbol millisi Çinin Şanxay şəhərində keçirilən Dünya Qadın Seriyasının final mərhələsində məğlub olub.
TodayPress TV xəbər verir ki, milli həlledici qarşılaşmada Kanadaya 12:21 hesabı ilə uduzaraq ikinci yeri tutub.
Qeyd edək ki, Azərbaycan basketbolçuları yarımfinalda Niderlanda 21:19 hesabı ilə qalib gəlmişdilər.