“Barselona”nın hədəfi bəlli oldu – iki ulduz yolda!

İdman

20.04.2026 11:45

“Barselona” klubu həm hücum, həm də müdafiə xəttini gücləndirmək üçün iki ulduz futbolçunu hədəfə alıb. 

TodayPress TV “Mundo Deportivo”ya istinadən xəbər verir ki, söhbət Xulian Alvarez və Alessandro Bastonidən gedir.

“Atletiko Madrid”in hücumçusu Alvarez klubdan ayrılacağı halda “Arsenal” və “Pari Sen-Jermen" variantlarından daha çox “Barselona”ya üstünlük verəcək. Futbolçu müqaviləsinin 2030-cu ilə qədər davam etməsinə baxmayaraq, gələcəyi ilə bağlı qapını tam bağlamayıb.

“Inter” klubunun müdafiəçisi Bastoni transferə daha yaxın görünür. O, Kataloniya təmsilçisinə keçmək istəyir və hətta transfer qiymətinin (təxminən 70-80 milyon avro) aşağı salınmasına kömək etməyə hazırdır. Müdafiəçinin bu addımı Deko və baş məşqçi Hans Flik tərəfindən qərar verildikdən sonra rəsmiləşə bilər.

Qeyd edək ki, Bastoni “İnter”lə mümkün çempionluqdan sonra karyerasında yeni mərhələyə başlamağı planlaşdırır.

Namiq HUN

TodayPress TV

tag: Barselona,Atletiko Madrid,Pari Sen-Jermen,Arsenal,Todaypress.tv,