"Barselona" sabiq futbolçusunu məşqçilər korpusuna dəvət etdi

"Barselona" sabiq futbolçusunu məşqçilər korpusuna dəvət etdi
12.09.2025 00:21 İdman

Tiaqo Alkantara sabiq klubu"Barselona"nın (İspaniya) məşqçilər korpusunda yer alacaq.

TodayPress TV xəbər verir ki, bu barətə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.

34 yaşlı sabiq yarımmüdafiəçi məşq proseslərində futbolçulara taktiki məsələlərdə yardımçı olmağa çalışacaq.

Qeyd edək ki, Alkantara 2024-cü ilin iyulundan avqust ayına kimi "Barselona"da Hans-Diter Flikin köməkçisi olub. O, ötən yay futbolçu karyerasını başa vurub. Yarımmüdafiəçi "Barselona", "Bavariya" və "Liverpul"da çıxış edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər