Bakıda beynəlxalq turnirin qalibi OKMK oldu

Bakıda beynəlxalq turnirin qalibi OKMK oldu
03.09.2025 17:49 İdman

Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq həndbol turnirinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, "AHF Arena"da təşkil olunan final matçında Qazaxıstan millisi ilə Özbəkistanın OKMK komandası üz-üzə gəlib.

Start fitindən üstünlüyə yiyələnən Özbəkistan təmsilçisi ilk hissəni 16:12 hesabı ilə irəlidə başa vurub. Fasilədən sonra Qazaxıstan həndbolcuları bir qədər fəallaşıblar, lakin onlar yekunda uğur qazana bilməyiblər. 29:28 hesabı ilə qələbə qazanan OKMK turnirin qalibi olub.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər