Azərbaycanlı deflimpiyaçılardan tarixi uğur!

İdman

27.04.2026 11:58

Deflimpiyaçılarımız Dünya çempionatında 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, millimiz Türkiyənin İstanbul şəhərində WSF versiyasında təşkil edilən karate üzrə Şotokan Dünya çempionatında bu uğura imza atıb. 

Komandamız 19 ölkədən 1300 idmançının iştirak etdiyi mötəbər yarışda 10 deflimpiyaçı ilə tarixi nəticə əldə edib. 

Karateçilərimizdən Hikmət Ağayev (75 kq.), Sahib Sahibli (+75 kq.) və Yusif Əzimzadə (60 kq.) kumitedə inamlı qələbə qazanaraq qızıl medallara yiyələniblər.

Aytən Qədirova katada, Nizaməddin Əzimzadə (60 kq.) isə kumitedə Dünya çempionatının gümüş medalları ilə kifayətləniblər.

Milli üzvlərindən Əliəkbər Əlizadə (75 kq.) və Elnur Qasımzadə (+75 kq.) isə turnirin bürünc medallarına sahib çıxıblar.

Namiq HUN

TodayPress TV

tag: Deflimpiyaçılar,Dünya çempionatı,Medal,Uğur,Todaypress.tv,

photo
photo
photo