Dopinq qalmaqalı: Atletimiz testdən imtina etdiyi üçün sərt cəza aldı!
Azərbaycanı təmsil edən atlet Kənan Vəliyev antidopinq qaydalarını pozduğu səbəbindən aktiv idmandan kənarlaşdırılıb.
TodayPress TV-nin məlumatına görə, idmançı dopinq testindən imtina etdiyinə görə cəzalandırılıb. Onun diskvalifikasiya müddəti cari ilin aprel ayının 15-dən qüvvəyə minib. Sanksiyanın müddəti 2028-ci il aprelin 15-də başa çatacaq.
Namiq HUN