Niderland – Bolqarıstan duelini azərbaycanlı hakim idarə edəcək!

Niderland – Bolqarıstan duelini azərbaycanlı hakim idarə edəcək!
13.10.2026 14:24 İdman

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının əsas mərhələsində növbəti matçı idarə etmək hüququ qazanıb.

TodayPress TV xəbər verir ki, o, turnirin II turu çərçivəsində keçiriləcək Niderlandın “Neymegen” və Bolqarıstanın “Levski” (Sofiya) komandalarının qarşılaşmasının baş hakimi olacaq.

Təcrübəli referiyə yan xəttlərdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Neymegen” - “Levski” matçı oktyabrın 15-də baş tutacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər