Şavkat Mirziyoyev sabah Bakıya gəlir

Şavkat Mirziyoyev sabah Bakıya gəlir
13.10.2026 17:51 Siyasət

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavərənin (AQEM) 7-ci sammitində iştirak etmək üçün oktyabrın 14-15-də Azərbaycana işgüzar səfər edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, Azərbaycanın sədrliyi çərçivəsində keçirilən forumun gündəliyinə Asiya qitəsində etimadın möhkəmləndirilməsi, sülh və təhlükəsizliyin təmin edilməsi, habelə AQEM-in gələcək institusional inkişafının aktual məsələləri daxil edilib.

"Nəqliyyat əlaqələndirilməsi, rəqəmsallaşdırma, dayanıqlı iqtisadi artım və digər prioritet istiqamətlərdə praktiki əməkdaşlığın perspektivləri nəzərdən keçiriləcək", - məlumatda qeyd olunub.

Bildirilib ki, iştirakçılar regional və beynəlxalq gündəliyin əsas məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Sammitin yekunlarına əsasən, AQEM-in rolunun və səmərəliliyinin artırılmasına yönəlmiş Bakı Bəyannaməsinin və qərarlar paketinin qəbul edilməsi planlaşdırılır.

Sammit çərçivəsində Şavkat Mirziyoyev xarici nümayəndə heyətlərinin başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər