Maliyyə balansı üçün məcburi addım: Jül Kunde satıla bilər!
“Barcelona” klubu “Tottenham”in müdafiəçisi Pedro Porronu heyətinə qatmağı nəzərdən keçirir. Bunun üçün əsas şərt fransalı müdafiəçi Jül Kundenin satılmasıdır.
TodayPress TV xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.
Bildirilib ki, kataloniyalılar 27 yaşlı sağ cinah müdafiəçisinin xidmətində maraqlıdırlar. London klubu ilə müqaviləsi 2031-ci ilə qədər qüvvədə olan Pedro Porro özü də “Barcelona”ya keçməyə hazırdır.
Lakin bu transferin baş tutması Jül Kundenin klubdan ayrılığından asılıdır. Cari mövsümdə start heyətində daimi yer qazanmayan fransalı oyunçunun satılması klubun əməkhaqqı fondunu azaltmağa və yeni transfer üçün vəsait ayırmağa imkan verəcək. Jül Kunde ilə İngiltərə Premyer Liqası klubları maraqlanırlar.
Qeyd edək ki, Pedro Porro 2023-cü ildən “Tottenham”in şərəfini qoruyur. Transfermarkt portalında futbolçunun bazar dəyəri 45 milyon avro təşkil edir.
Namiq Hun