Husilər Səudiyyə Ərəbistanında neft obyektini hədəf aldı

Husilər Səudiyyə Ərəbistanında neft obyektini hədəf aldı
13.10.2026 18:55 Dünya

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı (husilər) Səudiyyə Ərəbistanının Əs-Səbaha rayonunda neft şirkətinin obyektinə zərbə endirdiyini bildirib.

TodayPress TV xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya müvafiq bəyanatı özünün “Telegram” kanalında yayımlayıb.

Bəyanatda bildirilir ki, Əs-Səbaha rayonundakı şirkət obyektində neft məhsulları yoxdur və hücuma məruz qalan obyekt heç bir hərbi əhəmiyyət daşımır. O, mümkün itkilər və dağıntılar barədə məlumat verməyib.

Husilərin hərbi nümayəndəsi, həmçinin hərəkatın silahlı birləşmələrinin Sənaya hücum edən Səudiyyə Ərəbistanının hərbi qüvvələrinə qarşı mübarizə apardığını bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər