Zaporojye AES yaxınlığında dörd artilleriya zərbəsi - Yaralılar var
Ukrayna Silahlı Qüvvələrinin Enerqodarda yerləşən idman kompleksinin yaxınlığını artilleriya atəşinə tutması nəticəsində üç mülki şəxs xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə şəhərin meri Maksim Puxov məlumat yayıb.
Onun sözlərinə görə, oktyabrın 13-də Ukrayna Silahlı Qüvvələri Pridneprovskaya küçəsindəki “Start” stadionu ərazisinə, Zaporojye Atom Elektrik Stansiyasının idman-sağlamlıq kompleksinin yaxınlığına dörd artilleriya zərbəsi endirib.
Zərbələr təmir işlərinin aparıldığı idman-sağlamlıq kompleksinin binasının yaxınlığındakı əraziyə düşüb. Nəticədə üç mülki şəxs yaralanıb. Onlarda qəlpə yaraları, akubarotravma və sümük sınıqları qeydə alınıb.
Enerqodar meri, həmçinin Ukrayna Silahlı Qüvvələrinə məxsus FPV-dronların Pridneprovskaya küçəsindəki fərdi evlərə hücumlarının davam etdiyini bildirib. Puxovun dəqiqləşdirdiyinə görə, ilkin məlumatlara əsasən, azı bir ev yanır.
Aysel Mətləb