Azərbaycan taekvondoçuları İsveçrədə beynəlxalq turnirin qalibi oldular
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilən "Swiss Open" beynəlxalq turnirində uğurlu çıxış ediblər.
TodayPress TV xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Cavad Ağayev (74 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini məğlub edərək turnirin qalibi olublar.
Yarışda Azərbaycan komandası ümumi hesabda I yerə layiq görülərək turnirin kubokuna sahib çıxıb.