Tramp Putini “dost” adlandırdı, NATO reaksiya verdi

Tramp Putini “dost” adlandırdı, NATO reaksiya verdi
19.11.2026 20:13 Dünya

NATO-nun baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşlərini təbii və normal hesab etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, Rütte Berlində keçirilən “İstəkli ölkələr koalisiyası”nın iclasında Çində Donald Tramp, Si Cinpin və Vladimir Putin arasında baş tutan üçtərəfli görüşü şərh edib.

O bildirib ki, dünya liderlərinin görüşərək müxtəlif məsələləri müzakirə etməsi vacibdir.

Trampın Putini “dost” adlandırmasının onu narahat edib-etmədiyi barədə suala cavab verən NATO rəhbəri ABŞ və Rusiyanın böyük nüvə dövlətləri olduğunu, Çinin isə nüvə potensialını artırdığını xatırladıb.

Rütte nüvə silahı ilə bağlı məsələlərin müzakirəsi üçün liderlərin bir araya gəlməsinin tamamilə təbii olduğunu vurğulayıb.

O, həmçinin Trampın Ukraynada sülhə nail olmaq üçün “nəhəng səylər” göstərdiyini qeyd edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər