Avropasız sülh olmayacaq - Xəbərdarlıq EDİLDİ
Almaniya kansleri Fridrix Merts Ukrayna və Avropanın iştirakı olmadan Rusiya ilə aparılan sülh danışıqlarının uğurlu nəticə verməyəcəyini bildirib.
TodayPress TV xəbər verir ki, Merts bu barədə Berlində “Könüllülər koalisiyası”nın görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında danışıb.
Kanslerin sözlərinə görə, sülh danışıqları yalnız Ukrayna və Avropanın birgə iştirakı ilə uğurlu ola bilər.
O, həmçinin Yalta formatının sülhə gətirib çıxarmayacağını vurğulayıb.
Kübra Musayeva