Bakıdan qonşu ölkəyə BAŞSAĞLIĞI

Bakıdan qonşu ölkəyə BAŞSAĞLIĞI
19.11.2026 21:46 Xarici siyasət

Azərbaycan Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk.

Həyatını itirənlərin ailələrinə ən səmimi başsağlığımızı bildirir, düşüncələrimizin bu faciədən zərər çəkmiş hər kəslə olduğunu vurğulayırıq.

Xəsarət alanların tezliklə və tam sağalmalarını arzulayırıq", - paylaşımda bildirilib.

Xatırladaq ki, Tbilisinin Poniçala qəsəbəsində təbii qaz sızması nəticəsində yaşayış binasında partlayış baş verib.

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər