Ər-Riyadın mərkəzinə hücum: Husilər maliyyə qülləsinə zərbə endirdi

Ər-Riyadın mərkəzinə hücum: Husilər maliyyə qülləsinə zərbə endirdi
19.11.2026 20:28 Dünya

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husiləri tərəfindən Ər-Riyaddakı maliyyə mərkəzinə hücum edildiyini təsdiqləyib.

TodayPress TV xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

“Ər-Riyaddakı maliyyə mərkəzinin qüllələrindən biri husilərin terror hücumuna məruz qalıb, xəsarət alan yoxdur”, – deyə bəyanatda bildirilib.

Qurumun dəqiqləşdirdiyinə görə, hücum nəticəsində qüllənin bir neçə mərtəbəsinə və qonşu binalara maddi ziyan dəyib.

Aysel Mətləb

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər