Avropa liderləri Putinlə görüşmək istəyir: Hərəkətə keçdilər
Fransa, Almaniya və Böyük Britaniya Rusiya ilə mümkün görüşün təşkili istiqamətində müzakirələr aparır.
TodayPress TV xəbər verir ki, “Bloomberg” agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, bu ölkələrdən birinin milli təhlükəsizlik üzrə müşaviri bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla danışıqlar aparıb.
Görüşün təşkili məqsədilə keçirilən müzakirələr zamanı Uşakov görüşün Moskvada baş tutmasını təklif edib.
Məlumatda bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin də noyabrın 19-da Avropa nümayəndələrini Moskvaya dəvət etdiklərini açıqlayıb. Onun sözlərinə görə, məqsəd Avropanın Ukraynada müharibənin başa çatdırılması ilə bağlı mövqeyini öyrənməkdir.
Kübra Musayeva