Azərbaycan Peşəkar Çövkən Liqasının V turu başa çatdı

Azərbaycan Peşəkar Çövkən Liqasının V turu başa çatdı
26.04.2026 07:34 İdman

Azərbaycan Peşəkar Çövkən Liqasının V turu başa çatıb.

TodayPress TV Azərbaycan Respublikası Atçılıq Federasiyasına istinadən xəbər verir ki, birinci dövrənin mərkəzi oyununda "Sərhədçi" komandası "Polad"ı 2:0 hesabı ilə məğlub edərək mütləq nəticə ilə liderliyə yüksəlib.

Turun digər qarşılaşmalarında "Embawood" "Elite"ə 2:1, "Şamaxı" isə "Xəzər"ə 6:0 hesabı ilə qalib gəlib. "Zəfər" – "Omar" matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. "Buta Qolden" isə "Atilla"nı 13:0 hesablı məğlubiyyətə uğradıb. Bu çempionatın hələlik ən böyükhesablı qələbəsidir.

Beş turdan sonra "Sərhədçi" turnir cədvəlinə başçılıq edir. Aktivində 12 xal olan "Polad" və "Buta Qolden" komandaları isə 2-3-cü yerləri bölüşdürürlər.

Bombardirlərin siyahısına hərəyə 10 qolla Şəfayət Budaqov və Şamil İslamov ("Buta Qolden") liderlik edir.

"Atilla" çempionatda hələ də aktivində qol olmayan yeganə komandadır.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər