Azərbaycan millisindən Tiranada növbəti sınaq
İdman
25.04.2026 10:24
Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.
TodayPress TV xəbər verir ki, bu gün Azərbaycanın 8 sərbəst güləşçisi döşək üzərinə çıxacaq.
Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq) və Giorgi Meşvildişvili (125 kq) qitə çempionatının mükafatları uğrunda mübarizə aparacaqlar.
Bu gün, həmçinin İslam Bazarqanov (57 kq) qızıl medal uğrunda güləşəcək.
Cəbrayıl Hacıyev bürünc medal qazanmaq şansını qaçırmamağa çalışacaq. Rəşid Babazadə (65 kq) isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə millimiz komanda hesabında Avropa çempionatının qalibi olub. Güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) yarışın qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.
Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) Tirana turnirinin bürünc medallarına sahib çıxıblar.
Namiq HUN
tag: Güləş,Avropa çempionatı,Tirana,İslam Bazarqanov ,Todaypress.tv,
