Azərbaycan millisi yarımfinalda məğlub oldu
Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası Avropa çempionatının final mərhələsində növbəti oyununu keçirib.
TodayPress TV xəbər verir ki, B Liqasında yer alan millimiz yarımfinal mərhələsində Rumıniya komandası ilə qarşılaşıb.
Matç rəqibin 5:3 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamız 3-cü yer uğrunda, sentyabrın 14-də Qazaxıstan kollektivi ilə yarışacaq.
Namiq HUN