Azərbaycan klubunda rəhbər posta əcnəbi gətirildi

Azərbaycan klubunda rəhbər posta əcnəbi gətirildi
06.09.2025 09:39 İdman

"Sabah"da rəhbər vəzifəyə yeni təyinat gerçəkləşib.

TodayPress TV "Sportinfo.az"a istinadən xəbər verir ki, Klubun futbol akademiyasının baş koordinatoru postuna Georgi Minaşvili gətirilib.

Gürcüstanlı mütəxəsislə artıq rəsmi müqavilə imzalanıb. O, son olaraq Tbilisi "Dinamo"sunun futbol məktəbinə başçılıq edib.

Minaşvili burada Adino Mustedanaqiçi əvəzləyib. Bir neçə ildir Masazır təmsilçisində fəaliyyət göstərən xorvatiyalı artıq sırf məşqçi kimi işləyəcək.

Balkanlı U-19 və əvəzedici komandaların sükanı arxasında dayanacaq.

TodayPress TV


XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər