Azərbaycan gimnastları Dünya çempionatında ilk gündən fərqləndilər

Azərbaycan gimnastları Dünya çempionatında ilk gündən fərqləndilər
04.11.2026 21:23 İdman

Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan təmsilçiləri uğurlu nəticələr əldə ediblər.

TodayPress TV xəbər verir ki, ilk təsnifat günündə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov 50,250 xal toplayaraq yarımfinala vəsiqə qazanıblar.

Tamblinq üzrə Tofiq Əliyev 59,500 xalla təsnifat mərhələsini lider kimi başa vurub. Digər təmsilçimiz Mixail Malkin isə 57,100 xalla dördüncü yeri tutaraq ikinci təsnifat mərhələsinə yüksəlib.

Komanda yarışında da Azərbaycan millisi uğurlu nəticə göstərib. Tamblinq üzrə komandamız 87,200 xal toplayaraq sıralamada birinci yeri tutub və finala vəsiqə qazanıb.

Noyabrın 5-də batut gimnastikası üzrə fərdi proqramlarda mübarizəyə start veriləcək. Selcan Mahsudova və Maqsud Mahsudov bu proqramda da ölkəmizi təmsil edəcəklər.

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər