Rusiya, ABŞ və Ukrayna gizlicə toplanır – Təfərrüatlar bəlli oldu

Rusiya, ABŞ və Ukrayna gizlicə toplanır – Təfərrüatlar bəlli oldu
04.11.2026 18:10 Dünya

Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlar təhlükəsizlik məsələlərinin müzakirəsinə həsr olunacaq və qapalı qapılar arxasında keçiriləcək.

TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Danışıqlar təhlükəsizlik məsələlərinə, təhlükəsizliyin təmin edilməsinə və tərəflərin təhlükəsizlik zəmanətlərinə həsr olunacaq. Təbii ki, bütün detallar qapalı qapılar arxasında müzakirə ediləcək”, – deyə Peskov vurğulayıb.

O əlavə edib ki, üçtərəfli danışıqların keçirilmə tarixlərinin ABŞ-dəkı seçki prosesi ilə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, daha əvvəl Peskov Rusiya – ABŞ – Ukrayna arasında üçtərəfli görüşün noyabrın 10-11-də Əbu-Dabidə (BƏƏ) keçirilməsinin planlaşdırıldığını bildirmişdi.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər