Dakar-2026-da medal ümidimiz: Gülər Hüseynova rinqə çıxır!

Dakar-2026-da medal ümidimiz: Gülər Hüseynova rinqə çıxır!
04.11.2026 11:44 İdman

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında boks yarışlarına noyabrın 7-də start veriləcək.

TodayPress TV xəbər verir ki, Seneqalda təşkil olunacaq mötəbər idman yarışında Azərbaycanı Gülər Hüseynova təmsil edəcək.

Baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında mübarizə aparacaq boksçumuz 51 kq çəki dərəcəsində rinqə çıxacaq.

Gülər Hüseynova noyabrın 5-də Dakara yola düşəcək.

Qeyd edək ki, Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının boks yarışlarında medalçıların adları noyabrın 12-də bəlli olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər