Kreml üçün Vaşinqtonda kimin qalib gəlməsinin fərqi var?

Kreml üçün Vaşinqtonda kimin qalib gəlməsinin fərqi var?
04.11.2026 17:30 Dünya

ABŞ-da keçirilən ara seçkilərin nəticələrinin Vaşinqtonun Rusiya siyasətində ciddi dəyişikliklərə gətirib çıxarmayacağı bildirilir.

TodayPress TV xəbər verir ki, Sankt-Peterburqda yaşayan Rusiya üzrə ekspert Samir Əyyub bu barədə “Sputnik”ə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, Rusiya artıq Cozef Bayden administrasiyasının dövründə ABŞ-ın Ukraynaya hərbi və siyasi dəstəyinin bütün miqyasını görüb. Lakin həmin siyasət Moskvanı strateji məğlubiyyətə uğratmayıb və Rusiyanı təslim olmağa məcbur etməyib.

O hesab edir ki, Demokratlar Partiyasının Konqresdə mövqelərinin güclənməsi Ukraynanın, xüsusilə də Avropanın təsiri ilə, güzəştlərə getmək ehtimalını azalda bilər. Bununla belə, demokratların müəyyən mərhələdə daha praqmatik yanaşma nümayiş etdirməsi də mümkündür.

Ekspert Avropanın danışıqlara davamlı müqavimətinin Moskvanı münaqişənin hərbi yolla həllinə daha çox yönəldə biləcəyi barədə xəbərdarlıq edib.

Onun fikrincə, belə bir ssenari Rusiyanın NATO-dan təhlükəsizlik tələblərini genişləndirməsinə, xüsusilə alyansın Rusiya və onun Avropadakı qonşularına münasibətdə siyasətinin dəyişdirilməsini tələb etməsinə səbəb ola bilər.

Jalə Rövşən 

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər