Vens məğlubiyyətin səbəbini açıqladı: İran müharibəsi ABŞ-yə baha başa gəldi

Vens məğlubiyyətin səbəbini açıqladı: İran müharibəsi ABŞ-yə baha başa gəldi
04.11.2026 20:26 Dünya

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının seçkilərdəki məğlubiyyətini İranla müharibə ilə əlaqələndirib.

TodayPress TV-nin məlumatına görə, Vens bildirib ki, partiyanın seçkilərdə uduzmasının əsas səbəbi İranla müharibədir. O, Senata nəzarətin növbəti altı il ərzində itirilməsinin bu müharibənin bədəli olub-olmadığı barədə müzakirəyə çağırıb.

“Əgər bu müharibənin buna dəydiyini düşünürsünüzsə, Senata nəzarəti altı il müddətinə itirməyin buna dəyər olduğunu əsaslandırın. Bununla razılaşsanız da, razılaşmasanız da, heç olmasa dürüst olun. Hamı niyə uduzduğumuzu yaxşı bilir”, – deyə Vens vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər