Noyer: “İlk dəqiqədən etibarən tam dominantlıq etdik!

Noyer: “İlk dəqiqədən etibarən tam dominantlıq etdik!
04.11.2026 13:56 İdman

“Bavariya” klubunun qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda İspaniyanın “Atletiko” komandasına qarşı keçirdikləri oyunda qazandıqları qələbəni şərh edib.

TodayPress TV xəbər verir ki, Münhen təmsilçisi “Atletiko”nu səfərdə 2:0 hesabı ilə məğlub edib. 

Noyer komandasının matçın ilk dəqiqələrindən üstün oyun nümayiş etdirdiyini bildirib:

“Düşünürəm ki, ilk dəqiqədən etibarən tam üstünlüyə sahib idik. “Atletiko” bizə qarşı hansı oyunu sərgiləməyə çalışırdısa, hər dəfə buna cavabımız var idi. Vahid komanda kimi çıxış etdik, bütün gücümüzü meydanda qoyduq və belə kollektiv oyundan zövq aldıq. Sadəcə inanılmaz oynadıq!

“Atletiko” ölkə çempionatında “Barselona”dan cəmi iki xal geri qalır. Buna görə də yəqin ki, heç də hamı bugünkü oyunun belə keçəcəyini gözləmirdi. Bu cür oyun nümayiş etdirmək çox xoşdur”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər