Trampın kriptovalyutası saatlar içində dəyərdən düşdü

Trampın kriptovalyutası saatlar içində dəyərdən düşdü
04.11.2026 19:21 Dünya

ABŞ Prezidenti Donald Trampa məxsus “$TRUMP” memkoini ölkədə keçirilən aralıq seçkilərin nəticələri fonunda 10 faizdən çox dəyər itirib.

TodayPress TV xəbər verir ki, bu barədə “CoinMarketCap” platformasının məlumatlarında bildirilib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-də aralıq seçkilər keçirilib. Seçicilər Senatın 100 üzvündən 35-ni və Nümayəndələr Palatasının bütün 435 üzvünü seçiblər. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri baş tutub.

ABŞ mediasının son qiymətləndirmələrinə görə, demokratlar Konqresin hər iki palatasında çoxluğu əldə edir. Konqresin yeni tərkibi 2027-ci il yanvarın 3-dən fəaliyyətə başlayacaq. Hazırda isə Senat və Nümayəndələr Palatasında çoxluq respublikaçılara məxsusdur.

Xatırladaq ki, yanvarın 18-də Tramp öz kriptovalyutası olan “$TRUMP”ın istifadəyə verildiyini açıqlayıb. İlk 24 saat ərzində memkoinin ticarət həcmi 11 milyard dolları ötüb.

Aysel Mətləb

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər