Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək.
TodayPress TV xəbər verir ki, bunu Marqus Tsahkna bildirib.
"Tərəfdaşlığımızın möhkəmlənməsinin daha bir göstəricisi bu ayın sonunda Bakıda Estoniyanın yeni səfirliyinin rəsmi açılışının olmasıdır. Açılış mərasimində iştirak etmək mənim üçün şərəfdir", - deyə XİN rəhbəri vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan Estoniyanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır.
"Son illərdə əlaqələrimiz xeyli möhkəmlənib və biz rəqəmsallaşma, ticarət, yaşıl texnologiyalar və logistika sahələrində əməkdaşlığı ardıcıl olaraq genişləndiririk", - deyə Tsahkna bəyan edib.