Ukrayna iki ölkə ilə danışıqlara hazırlaşır - Zelenski nə planlaşdırır?
Ukrayna Prezidenti Volodimir Zelenski Madridə səfəri çərçivəsində mühüm görüşlər və danışıqlar keçirəcəyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Zelenski əsas prioritetin Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi, müdafiə sahəsində əməkdaşlığın və hərbi istehsalın inkişafı olduğunu bildirib.
O, İspaniyaya göstərdiyi dəstəyə görə təşəkkür edib və Ukraynaya yardım istiqamətində yeni addımların hazırlandığını qeyd edib.
Zelenskinin sözlərinə görə, yaxın günlərdə ABŞ tərəfi ilə də təmaslar planlaşdırılır. Kiyev təhlükəsizlik məsələlərində konkret nəticələr əldə etmək və sülhə doğru irəliləmək üçün tərəfdaşları ilə koordinasiyanı davam etdirir.
Kübra Musayeva