“Qarabağ” revanş, “Sabah” qələbə axtarışında!

“Qarabağ” revanş, “Sabah” qələbə axtarışında!
04.11.2026 10:52 İdman

“Sabah” və “Qarabağ”ın U-19 komandaları bu gün UEFA Gənclər Liqasında növbəti oyunlarına çıxacaqlar.

TodayPress TV xəbər verir ki, “Sabah”ın gənc futbolçuları Norveçdə “Vikinq”in U-19 komandası ilə qarşılaşacaqlar. “Sandnes Ulf Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

“Qarabağ”ın U-19 komandası isə UEFA Gənclər Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Dinamo”nun qonağı olacaq. Bu qarşılaşma da Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk görüşdə “Qarabağ” rəqibinə 1:2 hesabı ilə məğlub olub. Ağdam təmsilçisi səfərdə mərhələ adlamaq üçün qələbə qazanmalıdır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər