“Sabah” üçün Norveç sınağı: Çempionlar Liqasında vacib gecə!
“Sabah” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçını keçirəcək.
TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu Norveçdə yerli “Vikinq” klubunun qonağı olacaq.
Niderlandlı FIFA referisi Sander van der Eykin idarə edəcəyi qarşılaşma Stavanger şəhərində keçiriləcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, litvalı mütəxəssis Valdas Dambrauskasın rəhbərlik etdiyi “Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində indiyədək keçirdiyi üç oyunda bir qələbə qazanıb, iki dəfə məğlub olub.
“Bayquşlar” cari mövsümdə İngiltərənin “Mançester Yunayted” klubuna 0:4, Almaniyanın “Borussiya Dortmund” komandasına isə 1:2 hesabı ilə uduzub. “Sabah” Çexiyanın “Slaviya” kollektivini isə 2:0 hesabı ilə məğlub edib.
Namiq HUN