İran ABŞ-nin ağır pilotsuz aparatını vurdu – TƏCİLİ
İranın hava hücumundan müdafiə qüvvələri Hörmüz boğazında yerləşən Kiş adası üzərində ABŞ-yə məxsus ağır pilotsuz uçuş aparatını vurub.
TodayPress TV xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
“ABŞ silahlı qüvvələrinə məxsus kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı Kiş adası üzərində SEPAH-ın Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilərək məhv edilib”, – deyə bəyanatda bildirilib.
SEPAH-ın iddiasına görə, son bir neçə gecə ərzində ABŞ İranın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqeləri müəyyən etmək məqsədilə kəşfiyyat fəaliyyətini intensivləşdirib. Korpus həmçinin bildirir ki, Vaşinqtonun Hörmüz boğazındakı fəaliyyəti dünya neft qiymətlərini aşağı salmağa yönəlib. SEPAH-ın bəyanatına görə, onun hərbi-dəniz qüvvələri boğaza nəzarəti davam etdirir.
Aysel Mətləb