Pəhləvi Avropanı hərəkətə keçməyə çağırdı

Pəhləvi Avropanı hərəkətə keçməyə çağırdı
04.11.2026 20:02 Dünya

İranın sonuncu şahının oğlu Rza Pəhləvi İslam Respublikasının hakimiyyətdən gedəcəyini bəyan edərək Avropa ölkələrini İran xalqına dəstək verməyə çağırıb.

TodayPress TV xəbər verir ki, Pəhləvi Avropaya müraciətində İran hakimiyyətinin hazırda əvvəlkindən daha zəif olduğunu və devriləcəyinin qaçılmaz olduğunu iddia edib.

O bildirib ki, əsas məsələ bunun nə vaxt baş verəcəyi, prosesin nə qədər sürətlə gedəcəyi və Avropanın İran xalqının, yoxsa mövcud hakimiyyətin tərəfində dayanacağıdır.

Pəhləvinin sözlərinə görə, Yaxın Şərqdə hakimiyyət dəyişikliyi olmadan sülh və sabitliyi təmin etmək mümkün deyil. O, İrandakı rejimin yalnız İran xalqının deyil, Avropa ölkələrinin də maraqları naminə hakimiyyətdən getməli olduğunu vurğulayıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 NOYABR 2026
Bütün Xəbərlər