Azərbaycan cüdoçusu Avropa çempionatında qələbə ilə başladı

Azərbaycan cüdoçusu Avropa çempionatında qələbə ilə başladı
05.09.2026 15:00 İdman

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir.

TodayPress TV xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Süleyman Şükürov turnirə inamlı başlayıb.

Cüdoçumuz ilk görüşündə fransalı David Yurkovskini qızıl xal bölümündə məğlub edib.

100 kq çəki dərəcəsində çıxış edən Davud Namazlı isə 1/8 finalda mübarizəni dayandırıb. O, İspaniya təmsilçisi Nikita Yudanova məğlub olub.

90 kq çəkidə digər Azərbaycan cüdoçusu Aslan Kotsoyev də 1/8 finalda məğlubiyyətlə üzləşib. O, Türkiyə idmançısı Emir Selim Arıya uduzub.

Qeyd edək ki, gənclər arasında Avropa çempionatı sentyabrın 6-da başa çatacaq.

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər