Azərbaycan boksçuları Dünya kubokunda tarixi nəticə qazandı

İdman

27.04.2026 09:35

Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən boks üzrə Dünya kuboku başa çatıb. 

TodayPress TV xəbər verir ki, yarışda Azərbaycan yığma komandası tarixi nəticəyə imza atıb.

Komandamız Dünya kubokunda ilk dəfə üç qızıl və bir bürünc medal qazanıb.

Millimizin heyətində final mərhələsinin ilk sessiyasında Səidcəmşid Cəfərov (75 kq) Dünya kubokunun qalibi olub. 

Bu uğurun davamını Sübhan Mamedov (50 kq) gətirib. Mərakeşli İssam Bensayarla döyüşü 5:0 hesabı ilə qazanan Sübhan mundialın qızıl medalını boynundan asıb. 

Onun ardınca Məhəmməd Abdullayev (+90 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həlledici görüşdə Ermənistan boksçusu Davit Çaloyanı 3:2 hesabı ilə məğlub edən Abdullayev Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.

Nəbi İsgəndərovun (70 kq) isə Dünya kuboku turnirindən qazancı bürünc medal olub. 

Namiq HUN

TodayPress TV

tag: Dünya kuboku ,Fos-du-İquasu,Boks,Medal,Todaypress.tv,

photo
photo
photo
photo
photo