Bağdad İraq Kürdüstanına qoşun göndərir? - Nazirlər Kabinetindən xəbərdarlıq

Bağdad İraq Kürdüstanına qoşun göndərir? - Nazirlər Kabinetindən xəbərdarlıq
16.11.2026 18:28 Dünya

İraqın federal hökuməti bu ərazidən neft və neft məhsullarının qaçaqmalçılığının qarşısını almaq məqsədilə İraq Kürdüstanı muxtar regionuna nizami ordu bölmələrini yeridə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə İraq Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Heydər əl-Abudi bildirib.

“Ölkə ordusunun bölmələrinin İraq Kürdüstanına yeridilməsi ehtimalı var”, - deyə əl-Abudi bildirib.

O, izah edib ki, ayrı-ayrı regionun səlahiyyətlərə malik olması onun federal hökumətlə region arasındakı münasibətləri tənzimləyən konstitusiya çərçivəsindən kənara çıxa biləcəyi demək deyil. Əl-Abudi qeyd edib ki, Bağdaddakı mərkəzi hakimiyyət orqanları ilə İraq Kürdüstanının rəhbərliyi arasında koordinasiya, həmçinin “neft qaçaqmalçılığı ilə bağlı ehtimal olunan halları araşdırmaq üçün federal hökumət tərəfindən rəsmi səlahiyyət verilmiş hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əməkdaşlığın müsbət əlamətləri” müşahidə olunur.

Xatırladaq ki, noyabrın 11-də İraq Nazirlər Kabineti və Nümayəndələr Şurası (parlament) ölkənin mərkəzində yerləşən Babil əyalətinin Cürf əs-Səxr bölgəsindən neft məhsullarının qaçaqmalçılığı zamanı istifadə edilən dələduzluq sxemləri və İraq ərazisində fəaliyyət göstərən hərbiləşdirilmiş qruplaşmaların bu işdə mümkün iştirakını araşdırmaq üçün bir-birindən müstəqil iki komissiya yaradıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər