Azərbaycan Basketbol Federasiyası Milan Kotaraçla əməkdaşlığa xitam verdi

Azərbaycan Basketbol Federasiyası Milan Kotaraçla əməkdaşlığa xitam verdi
05.09.2026 15:53 İdman

Azərbaycan Basketbol Federasiyası (ABF) ilə U-14 və daha aşağı yaş qrupları üzrə oğlan milli komandalarının koordinatoru Milan Kotaraç arasında əməkdaşlığa son qoyulub.

TodayPress TV xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

Milan Kotaraç iki il ərzində bu vəzifədə fəaliyyət göstərib. O, aşağı yaş qruplarında perspektivli basketbolçuların aşkarlanması, seçilməsi və inkişafı istiqamətində iş aparıb.

Bu müddət ərzində mütəxəssis gənc oyunçuların potensialının üzə çıxarılmasına, onların basketbol bacarıqlarının təkmilləşdirilməsinə və milli komanda səviyyəsində çıxışlara hazırlanmasına xüsusi diqqət yetirib.

Federasiya Milan Kotaraçın gənc basketbolçularla gördüyü işi yüksək qiymətləndirib və birgə fəaliyyətə görə ona təşəkkür edib.

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər