“Ayntraxt” uğursuz nəticələrdən sonra qərar verdi!

“Ayntraxt” uğursuz nəticələrdən sonra qərar verdi!
18.05.2026 11:54 İdman

Almaniyanın “Ayntraxt Frankfurt” futbol klubu baş məşqçi Albert Riera ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispan mütəxəssislə yanaşı, onun köməkçiləri də Frankfurt təmsilçisini tərk ediblər.

Klub rəhbərliyi Rieraya gələcək şəxsi və peşəkar həyatında uğurlar arzulayıb.

Qeyd edək ki, Albert Riera 2026-cı ilin yanvarında komandanın baş məşqçisi təyin olunmuşdu. Hazırda “Ayntraxt” Almaniya Bundesliqasında 32 turdan sonra 43 xalla səkkizinci pillədə qərarlaşıb. Frankfurt təmsilçisi avrokubok zonasından 15 xal geri qalır.

Xatırladaq ki, Riera bundan əvvəl Sloveniyanın “Tsele” klubunu çalışdırıb və komandanı UEFA Konfrans Liqasının pley-off mərhələsinə çıxarıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər