“Ayaks” heyətini təcrübəli qapıçı ilə gücləndirmək istəyir

İdman

16.05.2026 12:39

“Ayaks” klubu “Barselona”nın iki qapıçısı ilə maraqlanır.

TodayPress TV “Voetbal International” nəşrinə istinadən xəbər verir ki, Amsterdam təmsilçisi ilk növbədə Mark-Andre ter Ştegeni transfer etməyi nəzərdən keçirir. 

Klub heyətini təcrübəli qolkiperlə gücləndirmək niyyətindədir. Mənbənin məlumatına görə, “Ayaks” eyni zamanda İnyaki Penyanın çıxışını da izləyir. Hər iki qapıçı hazırda icarə əsasında başqa klublarda çıxış edir. Ter Ştegen yanvar ayından “Jirona”, Penya isə “Elçe”də forma geyinir.

Bildirilir ki, “Barselona” rəhbərliyi gələcək planlarında nə Ter Ştegeni, nə də Peniyanı nəzərdə tutur. Almaniyalı qolkiper yanvar ayından budaltı vətərindən aldığı zədənin bərpası ilə məşğuldur.

Qeyd edək ki, Mark-Andre ter Ştegenin Kataloniya təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında  futbolçunun bazar dəyəri 4 milyon avro təşkil edir.

Namiq HUN

tag: ,