Avropada böyük uğur: üç şahmatçımız Dünya Kubokunda!

Avropada böyük uğur: üç şahmatçımız Dünya Kubokunda!
20.04.2026 11:35 İdman

Polşada keçirilən şahmat üzrə şəxsi Avropa çempionatının bağlanış mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, qitə çempionatında müvafiq olaraq ikinci və üçüncü yeri tutan şahmatçılarımız Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medal, o cümlədən kubok təqdim olunub.

Qeyd edək ki, Katovitse turnirinin mükafatçıları Nicat Abasovla Aydın Süleymanlı, eyni zamanda dördüncü pillədə qərarlaşan Məhəmməd Muradlı gələn il təşkil olunacaq Dünya Kubokuna vəsiqə qazanıblar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər