Avropa çempionatında medal şansı: güləşçilərimiz səhnədə

Avropa çempionatında medal şansı: güləşçilərimiz səhnədə
21.04.2026 10:03 İdman

Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi xalça üzərinə çıxacaq.

Yarışın ikinci günündə Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) və Murad Əhmədiyev (97 kq) çempionatın mükafatları uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, bu gün həmçinin millinin üzvləri Rəşad Məmmədov (55 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) bürünc medal uğrunda görüşlərə çıxacaqlar.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər