Avropa çempionatında bütün yarımfinalçılar müəyyənləşdi

Avropa çempionatında bütün yarımfinalçılar müəyyənləşdi
11.09.2025 09:10 İdman

Kişi basketbolçular arasında Avropa çempionatında bütün yarımfinalçılar məlum olub. 

TodayPress TV xəbər verir ki, 1/4 finalın son oyununda Almaniya millisi Sloveniya yığmasına qalib gələrək (99:91) növbəti mərhələyə vəsiqə qazanıb.

Yarımfinalda Türkiyə millisi Yunanıstanla, Almaniya isə Finlandiya ilə qarşılaşacaq.

Qeyd edək ki, bu mərhələnin matçları sentyabrın 12-də təşkil olunacaq. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər