Avqust ayını Arne Slot qazandı
“Qarabağ” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi olan “Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşısı seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
“Liverpul” onun rəhbərliyi altında avqustda “Bornmut”, “Nyukasl” və “Arsenal”ı məğlub edib.
Niderlandlı mütəxəssis bu mükafatı sonuncu dəfə 2024-cü ilin noyabrında qazanıb.
Qeyd edək ki, hazırda “Liverpul” İngiltərə Premyer Liqasının üç turundan sonra 9 xalla mütləq liderdir.
Qeyd edək ki, “Qarabağ” “Liverpul”la UEFA Çempionlar Liqasının VIII turunda İngiltərədə qarşılaşcaq.
Namiq HUN