"Araz-Naxçıvan"da yeni müqavilə

"Araz-Naxçıvan"da yeni müqavilə
18.06.2026 14:32 İdman

"Araz-Naxçıvan" futbolçusu İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb.

TodayPress TV xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

21 yaşlı cinah yarımmüdafiəçisi ilə anlaşma 2 il müddətinə nəzərdə tutulub.

Piriyev 2025/2026 mövsümündə "Araz-Naxçıvan"ın əvəzedici heyətində çıxış edib. Mütəmadi olaraq əsas komandanın məşqlərinə cəlb olunan oyunçu "Zirə" ilə Misli Premyer Liqasının son turunda keçirilmiş matçda debüt edib.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

TodayPress TV

FOTOLAR

"Araz-Naxçıvan"da yeni müqavilə — 1
XƏBƏR LENTİ
18 IYUN 2026
Bütün Xəbərlər