"Araz-Naxçıvan" Alberto Qarsiya Fernandeslə anlaşdı

"Araz-Naxçıvan" Alberto Qarsiya Fernandeslə anlaşdı
23.06.2026 14:46 İdman

"Araz-Naxçıvan" ispaniyalı futbolçu Alberto Qarsiya Fernandeslə anlaşıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

İspaniyanın "Real" klubunun yetirməsi olan 26 yaşlı futbolçu müxtəlif illərdə vətənində "Kastilya", "Fuenlabrada", UKAM, "Sabadel", "Rayo Maxadaonda", eləcə də Kiprin "Omoniya" və "Akritas Xloraka" klublarının formasını geyinib.

A.Fernandes 2017-ci ildə İspaniyanın U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər