“Araz-Naxçıvan” 20-ci dəfə Azərbaycan çempionu oldu

“Araz-Naxçıvan” 20-ci dəfə Azərbaycan çempionu oldu
18.05.2026 22:38 İdman

Futzal üzrə Yüksək Liqada 2025/2026-cı illər mövsümünün sonuncu oyunu keçirilib.

TodayPress TV xəbər verir ki, lider “Neftçi” ən yaxın izləyicisi “Araz-Naxçıvan”la qarşılaşıb.

Bu oyundan əvvəl “Neftçi”nin 52, “Araz-Naxçıvan”ın isə 49 xalı var idi.

Oyun 5:2 hesabı ilə Naxçıvan təmsilçisinin xeyrinə qurtarıb.

Qələbə qazanan “Araz-Naxçıvan” futzal klubu “Neftçi” ilə xallarını bərabərləşdirməklə yanaşı, şəxsi oyunlarda üstünlük qazanaraq 20-ci dəfə Azərbaycan çempionu olub.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUL 2026
Bütün Xəbərlər