Altı futbolçu “Qarabağ”la oyunu buraxa bilər
“Benfika” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”la oyunda 6 futbolçusunun xidmətindən məhrum ola bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, bərpa prosesini davam etdirən Amar Dedic ilə Dodi Lukebakio, uzun müddətdir zədədən əziyyət çəkən Aleksandr Ba, Manu, Nunu Feliks və Bruma matç öncəsi komandanın son hazırlıq prosesində iştirak etməyiblər.
Qeyd edək ki, sentyabrın 16-da Lissabonda keçiriləcək “Benfika” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Namiq HUN