Ağdərədə möhtəşəm reqata start götürdü!

Ağdərədə möhtəşəm reqata start götürdü!
27.04.2026 15:57 İdman

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2026” reqatasına start verilib. 

TodayPress TV “azertag”a istinadən xəbər verir ki, Ağdərədə gerçəkləşən beynəlxalq reqata ilk dəfə Sərsəng su anbarında təşkil olunub. 

Reqata akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları ilə başlayıb. Daha sonra ilk yarışlar keçirilib. 

Qeyd edək ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatasının son yürüşləri 30 aprel - 1 may tarixlərində Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. 

Reqataya mayın 1-də yekun vurulacaq.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Ağdərədə möhtəşəm reqata start götürdü! — 1
Ağdərədə möhtəşəm reqata start götürdü! — 2
Ağdərədə möhtəşəm reqata start götürdü! — 3
Ağdərədə möhtəşəm reqata start götürdü! — 4
Ağdərədə möhtəşəm reqata start götürdü! — 5
Ağdərədə möhtəşəm reqata start götürdü! — 6
Ağdərədə möhtəşəm reqata start götürdü! — 7
Ağdərədə möhtəşəm reqata start götürdü! — 8
Ağdərədə möhtəşəm reqata start götürdü! — 9
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər