AFFA Məşqçilər Komitəsi üzvlərinin bölgələrə səfərləri planlaşdırılıb

AFFA Məşqçilər Komitəsi üzvlərinin bölgələrə səfərləri planlaşdırılıb
18.07.2025 16:28 İdman

AFFA Məşqçilər Komitəsi (MK) üzvlərinin gələn aydan etibarən bölgələrə səfərləri planlaşdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Report”a MK-nın sədri Vaqif Sadıqov məlumat verib.

AFFA rəsmisi uşaq futbolunun inkişafı məqsədi ilə belə addımlar atılacağını deyib: “Aşağı liqalardan yuxarıya qədər hansı islahatların aparılmalı olduğunu təhlil etmişik. Gələn aydan Məşqçilər Komitəsi üzvlərinin bölgələrə səfərləri planlaşdırılıb. Rəhbərliyin verdiyi tapşırıqları həyata keçirmək üçün dolğun məlumatlar əldə edəcəyik. Bunları təkmilləşdirmək üçün üzərində daim işləyirik. İstəyirik ki, futbolumuz bundan bəhrələnsin və inkişaf etsin”.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər